news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 avqust 2025

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin, Amerika Birləşmiş Ştatları Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.

Paraflanmış Sazişin ingilis dilində mətni ilə müvafiq keçid vasitəsilə tanış olmaq mümkündür. Sazişin eyni dərəcədə autentik olan Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi də ayrıca keçid vasitəsilə təqdim olunub.

Bununla yanaşı, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanladıqları birgə müraciətdə ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların; ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun; bağlanmasını təklif ediblər.

Qeyd olunan müraciətdən sonra, ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və qərarın qəbul edilməsi üçün zəruri prosedurların dəstəklənməsi çağırışı edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti