-
ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
-
Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilmişdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
-
2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
-
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.
Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
e-Viza verilən ölkələr
ABŞ
Albaniya
Almaniya
Andorra
Argentina
Avstraliya
Avstriya
Belçika
Bəhreyn
Birləşmiş Krallıq
Birləşmiş Ərəb Əmirlikləri
Boliviya
Bolqarıstan
Bosniya və Hersoqovina
Braziliya
Bruney Darussalam
Cənubi Afrika
Danimarka
Estoniya
Çex Respublikası
Finlandiya
Fransa
Hindistan
Çili
Çin
Kanada
Kipr
Kolumbiya
Koreya Respublikası
Kosta Rika
Kuba
Kuveyt
Latvia
Əlcəzair
Litva
Lixtenşteyn
Lüksemburq
Macarıstan
Makedoniya
Malayziya
Malta
Meksika
Monako
Monqolustan
Monteneqro
Müqəddəs Taxt-tac (Vatikan)
Mərakeş
İndoneziya
Nepal
Niderland
Norveç
Oman
İordaniya
Pakistan
Panama
Paraqvay
Polşa
Portuqaliya
Qətər
Qvatemala
İran İslam Respublikası
Şri Lanka
İrlandiya
Rumıniya
San-Marino
Serbiya
Sinqapur
İslandiya
Slovakiya
Sloveniya
İspaniya
İsrail
Səudiyyə Ərəbistanı
İsveç
İsveçrə
Tailand
İtaliya
Türkiyə
Türkmənistan
Uruqvay
Vyetnam
Xorvatiya
Yaponiya
Yeni Zelandiya
Yunanıstan