news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 noyabr 2025

Avstraliya Federal Parlamentində Azərbaycan–Avstraliya Parlamentlərarası Dostluq Qrupu yaradılıb

Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə Avstraliya Federal Parlamentində Azərbaycan–Avstraliya Parlamentlərarası Dostluq Qrupu rəsmi olaraq yaradılıb. Qrupun təsis edilməsi iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı və siyasi dialoqun möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri Avstraliya Nümayəndələr Palatasının üzvü, Səhiyyə, Yaşlılara Qayğı və Əlillik üzrə Daimi Komitənin sədri Mike Freelander (Leyboristlər Partiyası) və Birgə Ticarət və İnvestisiya üzrə Daimi Komitənin sədr müavini Rick Wilson (Liberal Partiya) seçiliblər.

Dostluq Qrupu Avstraliya Parlamentinin hər iki palatasını təmsil edən geniş tərkibə malikdir. Qrupun tərkibinə Avstraliya Senatının Prezidenti Sue Lines, Nümayəndələr Palatasının Spikeri Milton Dick, habelə digər nüfuzlu senatorlar və parlament üzvləri daxildir.

Qrupun əsas məqsədi Azərbaycan və Avstraliya parlamentləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, qanunverici orqanlar səviyyəsində dialoqun gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran siyasi, iqtisadi və humanitar məsələlər üzrə əməkdaşlığın təşviq edilməsidir.

Zəfər Günü münasibətilə Dostluq Qrupunun təsis edilməsi Azərbaycan xalqının milli birliyinin, suverenliyinin və beynəlxalq tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin rəmzi əhəmiyyətini daşıyır və iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verir.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti