Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşlıları ilə bağlı

Avstraliya, Yeni Zelandiya və Fici vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları bir ay müddətində bu barədə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinə yazılı məlumat verməlidir.

Bunun üçün aşağıdakı sənədlərin Səfirliyə göndərilməsi tələb olunur:

  1. Səfirliyin adına xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yazılmış məktub;
  2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün doldurulmuş ərizə-anket;
  3.  Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun surəti (əsas səhifə);
  4. Avstraliya, Yeni Zelandiya və Fici tərəfindən verilən vətəndaşlığı təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmalıdır;
  5. Avstraliya, Yeni Zelandiya və Ficidə yaşadığı ünvanı göstərən sənədin surəti (Məsələn: sürücülük vəsiqəsi);
  6. İki ədəd 4x3 ölçüdə şəkil.

Arxiv üzrə axtarış