Azərbaycan – Fici̇

Qısa tarixi məlumat: tanınma və diplomatik münasibətlərin qurulması
Azərbaycan Respublikası və Fici Respublikası arasında diplomatik münasibətlər 18 mart 2010-cu ildə qurulmuşdur.
23 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Avstraliya İttifaqında fövqəladə və səlahiyyətli səfiri R.Cəmşidovun iqamətgahı Kanberra şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Fici Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edlməsinə dair sərəncam imzalamışdır.
 
Yüksək səviyyəli qarşılıqlı səfərlər
13 may 2014-cü ildə Ficidə səfərdə olan  səfir R.Cəmşidov etimadnaməsini Fici Respublikasının prezidenti Ratu Epeli Nailatikauya təqdm etmişdir. Səfər zamanı Ficinin dövlət rəhbərləri arasında keçirilən görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Sahələr üzrə əməkdaşlıq:
 
1.Siyasi sahədə: Azərbaycan və Fici BMT çərçivəsində əməkdaşlıq edir.
2.Humanitar sahədə: Ficidən olan tələbələr Azərbaycanın ADA Universitetinin təlim kurslarında iştirak edir.
 
İkitərəfli əməkdaşlığın müqavilə-hüquq bazası: 18 mart 2010-cu ildə Azərbaycan Respublikası və Fici Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalanmışdır.

Arxiv üzrə axtarış