Azərbaycan – Yeni̇ Zelandi̇ya

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat:
 
Azərbaycan və Yeni Zelandiya arasında diplomatik münasibətlər 10 sentyabr 1992-ci ildə qurulmuşdur. 23 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Avstraliya İttifaqında fövqəladə və səlahiyyətli səfiri R.Cəmşidovun iqamətgahı Kanberra şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsinə dair sərəncam imzalamışdır.
 
İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası:
 
Tərəflər arasında ikitərəfli saziş mövcud deyil.
 
Əsas yüksək səviyyəli səfərlər və görüşlər:
 
26 avqust 2014-cü ildə Yeni Zelandiyada səfərdə olan R.Cəmşidov etimadnaməsini Yeni Zelandiyanın General-Qubernatoru general - leytenant Cerri Mataparaeyə (Jerry Mateparae) təqdim etmişdir.
Səfər çərçivəsində səfir R.Cəmşidovun Yeni Zelandiyanın Xarici İşlər və Ticarət  Nazirliyinin (XİTN) Avropa İdarəsinin rəisi cənab İan Hill, XİTN-nin protokol idarəsinin rəisi xanım Karolin Bilkey, nazir müavini cənab Bede Korri ilə də görüşləri olmuşdur.
Görüşlər zamanı ölkələrimiz və nazirliklər arasında daha yaxın əlaqələrin qurulması imkanları, enerji, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması uçün potensialın mövcud olduğu qeyd edilmişdir. 
 
8 aprel 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan – Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupun rəhbəri  Çingiz Aşralı oğlu Qənizadə, üzvləri Aslan Məmmədhüseyn oğlu Cəfərov,  Əsabil Qarakişi oğlu Qasımov,  Ülvi Zahid oğlu Quliyev,  Aydın Böyükkişi oğlu Mirzəzadə,  Tahir Musa oğlu Rzayev  və Ağalar İsrəfil oğlu Vəliyevdir.
Son yenilənmə tarixi: 18.06.2015
 
 
İqtisadi əməkdaşlıq
 
2015-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Yeni Zelandiya ilə ticarət dövriyyəsinin, o cümlədən idxalın həcmi 5,52 mln. ABŞ dolları olmuşdur. 2015-ci ilin yanvar-mart aylarında Yeni Zelandiyanın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,09 faiz təşkil etmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-mart aylarında Yeni Zelandiya ilə ticarət dövriyyəsi 36,56 faiz artmışdır.
Yeni Zelandiyadan Azərbaycana əsasən kənd təsərrüfatı məhsulları, Azərbaycandan bu ölkəyə isə az miqdarda ərzaq istehlak məhsulu ixrac olunur.
Son yenilənmə tarixi: 18.06.2015
 
İkitərəfli əməkdaşlığın digər sahələri:
 
Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları:
 
1.     Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti. Rəhbəri – Mirnasim Zeynalov. Yerləşdiyi şəhər – Oklend. Əsas illik tədbirləri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 20 yanvar faciəsi, Xocalı soyqırımı, 28 May Respublika günü.
2.     "AzəriAzərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyəti. Rəhbəri - Qalib MahmudovƏsas illik tədbirləri – 20 yanvar faciəsi, Xocalı soyqırımı, 28 May Respublika günü və s
 
Son yenilənmə tarixi: 18.06.2015
 
Konsulluq münasibətləri:
 
Azərbaycan Respublikasının Avstraliyada və eyni zamanda Yeni Zelandiyada akkreditə olunmuş Səfirliyinin konsulluq şöbəsinin ünvanı və əlaqə vasitələri:
 
5 Mialli Place O'Malley Canberra ACT 2606 Australia
 
Yeni Zelandiyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları viza rəsmiləşdirilməsi üçün Yeni Zelandiya Biznes, İnnovasiya və İşəgötürmə Nazirliyinin İmmiqrasiya Xidmətinə birbaşa və ya qurumun digər ölkələrdəki nümayəndəliklərinə müraciət etməlidirlər. Daha ətraflı məlumatı qurumun saytından (www.immigration.govt.nz) əldə etmək mümkündür.
 
Yeni Zelandiyaya heyvan gətirmək qaydaları xeyli sərtdir. Bəzi it növlərinin ölkəyə gətirilməsi qadağandır . Ətraflı məlumat Yeni Zelandiya Kənd Təsərrüfatı və Meşə Sənayesi Nazirliyinin saytında (www.mpi.govt.nz
əks olunmuşdur.
 
Azərbaycandan Yeni Zelandiyaya ən qısa hava yolu vasitəsilə səyahət Qatar , Birləşmiş Ərəb Əmirlikləri və Avstraliyadan tranzitlə edilə bilər. Ölkədə qalma qaydaları barədə məlumatlar Yeni Zelandiya Biznes, İnnovasiya və İşəgötürmə Nazirliyinin İmmiqrasiya Xidmətinin saytında (www.immigration.govt.nz) göstərilmişdir.
 
Yeni Zelandiyaya istənilən məbləğdə xarici valyuta gətirmək və ölkədən çıxarmaq sərbəstdir. Bununla yanaşı 10 min Yeni Zelandiya dolları və ya onun dəyərində xarici valyuta gömrükdə deklarasiya olunmalıdır. Gömrük prosedurları ilə bağlı daha ətraflı məlumatları Yeni Zelandiya Gömrük Xidmətinin saytından (www.customs.govt.nz) əldə etmək mümkündür
 
Son yenilənmə tarixi: 18.06.2015

Arxiv üzrə axtarış