news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 noyabr 2025

Sidneydə Zəfər Günü münasibətilə tədbir keçirilib

Avstraliyanın Sidney şəhərində Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə anım və bayram tədbiri keçirilib. Tədbirdə Azərbaycan icmasının nümayəndələri, diaspor üzvləri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, Azərbaycan Silahlı Qüvvələrinin qazilərinə hörmət və ehtiram ifadə olunub. Zəfər Gününün Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutduğu, milli birliyin, qürurun və ədalətin rəmzi olduğu vurğulanıb.

Çıxışlarda Azərbaycan dövlətinin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış mübarizənin tarixi əhəmiyyəti qeyd olunub, əldə edilmiş Qələbənin xalqımızın əzmkarlığının və həmrəyliyinin təcəssümü olduğu bildirilib.

Tədbir iştirakçıları Azərbaycan xalqına davamlı sülh, sabitlik və rifah arzularını ifadə edib, Zəfər Gününün gələcək nəsillər üçün vətənpərvərlik və milli həmrəylik nümunəsi kimi əhəmiyyətini vurğulayıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti