news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 iyun 2025

Azərbaycan və Avstraliyanın xarici işlər nazirləri arasında telefon danışığı

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avstraliyanın xarici işlər naziri Penni Vonq arasında telefon danışığı baş tutub.

Danışıq zamanı İsrail ilə İran arasında mövcud qarşıdurma fonunda bölgədə yaranmış təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Avstraliya tərəfi ölkə vətəndaşlarının İran ərazisindən təxliyəsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib və bu prosesdə Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Telefon danışığı zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti