Azərbaycan Respublikasi vətəndaşlığının əldə edilməsi

Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları

Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir:

  1. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
  • Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
  • Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
  • Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır.
  • Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.
     
  1. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;

  2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
     
  3. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanunu ilə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri arasında ziddiyyət yaranarsa, həmin müqavilələr tətbiq edilir.
     
  4. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununda nəzərdə tutulmuş başqa əsaslar olduqda.

Nikah bağlandıqda və ya pozulduqda vətəndaşlığın saxlanması

Azərbaycan Respublikasının vətəndaşı olan kişi və ya qadın əcnəbi ilə və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaması və ya nikahı pozması ər və arvadın vətəndaşlığının dəyişməsinə səbəb olmur.

Ərin (arvadın) vətəndaşlığının dəyişməsi arvadın (ərin) vətəndaşlığının dəyişməsinə səbəb olmur.

Search in archive