Konsulluq Xidmətlərinin Texniki Təkmilləşdirmələr Səbəbindən Müvəqqəti Dayandırılması
Avstraliyadakı Azərbaycan Respublikasının Səfirliyi bütün vətəndaşlarımızın və müraciət edənlərin nəzərinə çatdırır ki, konsulluq sistemlərində aparılan texniki təkmilləşdirmə və təmir işləri ilə əlaqədar olaraq 2025-ci il iyunun 21-dən iyulun 18-dək (daxil olmaqla) konsulluq xidmətləri müvəqqəti olaraq fəaliyyət göstərməyəcəkdir.
Yaranmış narahatçılığa görə üzr istəyir və bütün vətəndaşlarımızdan, eləcə də müraciət edənlərdən səfərlərini və ya sorğularını bu müddəti nəzərə alaraq planlaşdırmalarını xahiş edirik.
Xidmətlərimizin səmərəliliyini və keyfiyyətini artırmaq üçün göstərdiyiniz anlayışa və səbirə görə minnətdarıq. Konsulluq xidmətlərinin 2025-cü il iyulun 19-dan etibarən bərpa olunması gözlənilir.