2020-09-28

Avstraliya İttifaqı, Yeni Zelandiyada və Fici Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə

27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü nəticəsində mövcud gərginlik şəraitində radikal erməni qruplarının nifrət zəminində təxribatlarının baş verməsi ehtimalı mövcuddur.

Vətəndaşlarımızı və soydaşlarımızı hədsiz dərəcədə ehtiyatlı və təmkinli davranmağa, təxribatlara uymamağa çağırırıq.

Vətəndaşlarımızdan və həmvətənlərimizdən ehtiyac yaranan təqdirdə təcili Səfirliyin +61262905600 vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Arxiv üzrə axtarış