DİQQƏT! Avstraliya İttifaqı, Yeni Zelandiya və Fici Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!
Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) əhatə dairəsi təəssüflər olsun ki, hər gün genişlənməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün Azərbaycan Respublikası vətəndaşlarının Ümumdünya Səhiyyə Təşkilatının və yaşadığınız ölkənin müvafiq dövlət qurumlarının qayda, tələb və tövsiyyələrinə ciddi riayət etmələri xahiş olunur.
Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınması üçün müraciət etmələri tövsiyə olunur.
Tel: +61 262 905 600
E-mail: canberra@mission.mfa.gov.az
QAYNAR XƏTT: +61 447 777 405 (Tel. və WhatsApp)
Azərbaycan Respublikasının Avstraliyaa İttifaqındakı Səfirliyi