2016-10-06

Yeni Zelandiya Parlamentində Azərbaycan üzrə Dostluq Qrupunun yaradılmasına dair.

Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı və eyni zamanda Yeni Zelandiyadakı Səfirliyin təşəbbüsü və davamlı səyləri nəticəsində 6 oktyabr 2016-cı il tarixində ilk dəfə olaraq Yeni Zelandiyanın qanunverici orqanı olan Nümayəndələr Palatasında səkkiz nəfər millət vəkilindən ibarət Yeni Zelandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilmişdir. Bu barədə Səfirliyə qrupa rəhbər seçilmiş Tod Müller (Todd Muller) məlumat vermiş və qrupun Parlamentin Spikeri Deyvid Karter (David Carter) tərəfindən təsdiq edildiyini bildirmişdir. Tod Müller eyni zamanda parlamentin Xarici Əlaqələr üzrə xüsusi komitəsinin üzvüdür. Qrupun üzvləri aşağıdakılardır:

 

1.    Tod Müller (Todd Muller) – sədr;

2.    Maheş Bindra (Mahesh Bindra);

3.    Jami-Li Ros (Jami-Lee Ross);

4.    Deyvid Bennet (David Bennett);

5.    Stuart Smit (Stuart Smith);

6.    Sara Divi (Sarah Dowie);

7.    Mark Mitçel (Mark Mitchell);

8.    Endrü Bayley (Andrew Bayley).

 

Qeyd etməliyik ki, Yeni Zelandiya parlamentində dostluq qruplarının yaradılması praktikasında bir qayda olaraq regional bölgüyə üstünlük verilir. Bü xüsusda Azərbaycan üzrə ayrıca qrupun yaradılmasını müstəsna hal kimi qiymətləndirmək olar.

Azərbaycan Respublikası Milli Məclisində də on yeddi millət vəkilindən ibarət Azərbaycan-Yeni Zelandiya Parlamanetlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Xanlar Fətiyevdir

Arxiv üzrə axtarış