18 yaşı tamam olmuş və ilk dəfə pasport alan vətəndaşlara səfirlik vasitəsilə pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
  1. Doğum haqqında şəhadətnamə;
  2. Doğum haqqında şəhadətnamə surəti - 3 nüsxə;
  3. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun əsli;
  4. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun surəti - 3 nüsxə;
    Pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və axırıncı səhifələrinin surətləri və həmçinin, Avstraliyada leqal yaşamaqla bağlı immiqrasiya xidməti və Səfirlik tərəfindən qeydlər aparılmış səhifələrin surətləri.
  5. Ərizə - Anket - 2 nüsxə Nümunə;
    Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi qoyulmuş 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.
  6. Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;
  7. Azərbaycan Respublikası vətəndaşının ərizəsi Nümunə;
  8. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd;
    Şəkillərdən biri notariusda təsdiq olunmalıdır. Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.
  9. Qan qrupu haqqında tibbi arayış - 1 ədəd;
  10. 40 ABŞ dolları məbləğində dövlət rüsumunun səfirliyin aşağıda göstərilmiş bank hesabına ödənilməsini təsdiq edən sənədin əsli
    1. Bank name: Commonwealth Bank 
      Account Name: THE EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN TO THE 
      COMMONWEALTH OF AUSTRALIA 
      Account Number: 06200015771269 
      CBA SWIFT CODE: CTB AAU2S 
      Branch Name: London Circuit Branch 
      Branch Address: Cnr London Circuit and Ainslie Avenue Canberra ACT 2601
     
  11. 40 (qırx) manat məbləğində rüsum Bakıda Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin kassasında ödənilir;
    40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir.
Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).
Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.
Diqqət!
Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.
Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.
Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.