Pasportunu itirmiş vətəndaşlara səfirlik vasitəsilə yeni pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
  1. Pasportun itdiyi ərazinin polisindən müvafiq arayış;
  2. Pasportun surəti (olduğu tədqirdə);
  3. Ərizə - Anket - 2 nüsxə Nümunə;
    Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi qoyulmuş 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.
  4. Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;
  5. Azərbaycan Respublikası vətəndaşının ərizəsi Nümunə;
  6. Tələbələr, həmçinin oxuduqları təhsil müəssisəsindən müvafiq arayış təqdim etməlidirlər.
  7. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd;
    Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.
  8. Qan qrupu haqqında tibbi arayış - 1 ədəd;
  9. 40 ABŞ dolları məbləğində dövlət rüsumunun səfirliyin aşağıda göstərilmiş bank hesabına ödənilməsini təsdiq edən sənədin əsli 
    Bank name: Commonwealth Bank 
    Account Name: THE EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN TO THE 
    COMMONWEALTH OF AUSTRALIA 
    Account Number: 06200015771269 
    CBA SWIFT CODE: CTB AAU2S 
    Branch Name: London Circuit Branch 
    Branch Address: Cnr London Circuit and Ainslie Avenue Canberra ACT 2601
  10. 40 (qırx) manat məbləğində rüsum Bakıda Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin kassasında ödənilir;
    40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir.
Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).
Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.
Diqqət!
Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.
Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.
 
Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.