Passport
Azərbaycan Respublikasının ümumvətəndaş pasportu (bundan sonra pasport) - onu daşıyan şəxsin vətəndaşlığın və şəxsiyyətini təsdiq edən sənəddir. Pasportun etibarlıq müddəti on ildir və onun müddəti uzadılmır. Pasportun etibarlıq müddəti bitdikdə və ya səhifələri dolduqda vətəndaş yeni pasport almalıdır. Bütün pasportlar ölkə daxilində - Azərbaycanda rəsmiləşdirilir. Vətəndaşın xarici ölkədə daimi yaşaması və pasportunun etibarlıq müddətinin bitməsi onun vətəndaşlığının xitamına səbəb olmur.
Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasport sahibləri və xarici ölkə ərazisində pasportunu itirmiş şəxslər və ya 18 yaşı tamam olan Azərbaycan vətəndaşları yeni pasport almaq üçün Səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədləri Səfirliyin konsulluq şöbəsinə təqdim etməlidir. Qaydaya uyğun tərtib edilməyən və ya səliqəsiz hazırlanmış sənədlər baxılmadan geri qaytarılacaqdır.
 
Səfirliyə daxil olmuş müraciətlərə konsulluqda baxıldıqdan sonra, müvafiq sənədlər diplomatik poçt vasitəsilə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərilir. Tələb olunan sənədlər siyahısının 10-cu bəndində qeyd olunan 40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir. Pasport-Qeydiyyat İdarəsində rəsmiləşdirilmiş yeni pasport Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə çatdırılır. Səfirliyin konsulluq şöbəsi yeni pasportda konsulluq qeydiyyatı apardıqdan sonra onu sahibinə təqdim edir. Səfirlik vasitəsilə yeni pasportların rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

 Passport

  1. Etibarliq müddəti bitmiş, səhifələri dolmuş pasportun səfirlik vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlər:
  2. Pasportunu itirmiş vətəndaşlara səfirlik vasitəsilə yeni pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
  3. 18 yaşı tamam olmuş və ilk dəfə pasport alan vətəndaşlara səfirlik vasitəsilə pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
  4. ƏRİZƏ-ANKET formasi
  5. Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası