Passport

Ümumvətəndaş pasportunun alınması  üçün tələb olunan sənədlərin siyahısı:

1. Doldurulmuş ərizə-anket forması – 2 nüsxədə (yalnız 1.1; 1.2; 1.3; 1.4; 1.5; 1.6; 1.7 və 1.8 saylı suallara tam cavab verərək). Ərizə-anket Azərbaycan dilində və latın əlifbası ilə yazılmalıdır. 

2. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi məqsədilə vətəndaşın şəxsən (əl ilə) yazdığı ərizə;

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

a) Vətəndaşın soyadı, adı, atasının adı;

b) Yaşadığı ünvan və telefon nömrəsi;

c) Neçənci ildən Avstraliyada yaşaması və ölkəyə gəlmə səbəbi (daimi yaşayır, müqavilə əsasında çalışır, tələbədir);

d) Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi səbəbi (pasportun etibarlılıq müddətinin bitməsi, 18 yaş tamam olması);

e) Azərbaycan Respublikası vətəndaşlığından çıxıb-çıxmaması və ya vətəndaşlıqdan çıxmaq üçün müraciət edib-etməməsi;

f) Etibarlılıq müddəti bitmiş pasport müəyyən səbəblərdən vətəndaşa lazım olarsa, bu barədə qeyd olunmalıdır.

3. 4 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm);

4. Ümumvətəndaş pasportunun əsli;

5. Şəxsin ölkədə daimi və ya müvəqqəti yaşadığını, təhsil aldığını və işlədiyini təsdiq edən müvafiq sənəd; 

6. Ümumvətəndaş pasportunun 2-ci, 3-cü, 4-cü, uşaqlar varsa, 5-ci və konsulluq qeydiyyatı olan səhifələrinin surətləri;

7. Əgər pasport itirilmişsə və ya oğurlanmışsa, onda yaşadığınız ölkənin polis idarəsi tərəfindən pasportun itirilməsi və ya oğurlanması barədə arayış təqdim olunmalıdır;

8. Uşaqların pasporta qeyd olunması üçün tələb olunan sənədlər:

a) doğum haqqında şəhadətnamənin surəti;

b) 2 rəngli fotoşəkil (35 mm x 45 mm);

c) uşaqların pasporta qeyd olunması üçün valideynlərin razılıq ərizəsi (valideynlərin imzaları notarius tərəfindən və ya Səfirlik tərəfindən təsdiq olunmalıdır);

d) nikah qeydi pozulmuşsa, ailə vəziyyətini təsdiq edən sənədlərin (boşanma haqqında şəhadətnamə, məhkəmə qərarı və s.) surətləri;

9. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə tərtib edilib göndərilməsinə görə dövlət rüsumu - 55 ABŞ dolları. Rüsum aşağıdakı bank hesabına ödənilməlidir:

Bank name: Commonwealth Bank Account Name: THE EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN TO THE COMMONWEALTH OF AUSTRALIA

Account Number: 06200015771269

CBA SWIFT CODE: CTB AAU2S

Branch Name: London Circuit Branch

Branch Address: Cnr London Circuit and Ainslie Avenue Canberra ACT 2601

10. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən, ümumvətəndaş pasportunun verilməsinə və ya dəyişdirilməsinə görə Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsi yanında yerləşən əmanət kassasında 40 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli Bakı şəhəri, Şixəli Qurbanov küçəsi 4-də yerləşən Azərbaycan Respublikası XİN-in Konsulluq İdarəsinə təhvil verilməlidir. Qəbzdə Sizin soyadınız, adınız, ata adınız və yaşadığınız ünvan göstərilməlidir.

Qeyd: Dövlət rüsumunun elektron ödənilməsi üçün AR Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (www.mia.gov.az) daxil olaraq, “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirilməsi də mümkündür. 

11. Pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq cərimənin ödənilməsi;

12. 18 yaşına çatmış şəxslərə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

a) 18 yaşına çatmış şəxsin ərizəsi;

b) ərizə-anket forması;

c) 2 ədəd (donuq-matoviy) rəngli fotoşəkil (35 mm x 45 mm;

ç) möhür və imza ilə təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti;

d) uşaq valideynlərindən birinin pasportuna yazılıbsa, həmin pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və konsulluq qeydiyyatı olan səhifələrinin surətləri;